Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
Sosial 10

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Fevralın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 15-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yanvarın hava proqnozu açıqlandı

Yanvarın hava proqnozu açıqlandı

Yanvar ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən mə...

1543 Sosial 10:51 30 dekabr 2020

Son xəbərlər