Sabahın hava proqnozu: Qar yağacaq, şaxta olacaq

Sabahın hava proqnozu: Qar yağacaq, şaxta olacaq
Sosial 754

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, martın 2-də səhər bəzi yerlərdə zəif çiskin olacaq, mülayim şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yanvarın hava proqnozu açıqlandı

Yanvarın hava proqnozu açıqlandı

Yanvar ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən mə...

1543 Sosial 10:51 30 dekabr 2020

Son xəbərlər