Sabahın hava proqnozu AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında yanvarın 18-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Oxşar xəbərlər
Yanvar ayına olan hava proqnozu - Bakıya qar yağacaqmı?
2023-cü il yanvar ayına olan hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata...