Sabahın hava proqnozu açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-30° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
Oxşar xəbərlər
İyun ayına olan hava proqnozu - temperatur 40 dərəcəyədək artacaq
İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 2-4 dərəcə yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya X...