Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
Sosial 4

Fevralın 21-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan BAKU.WS-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa qnəcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarım...

6157 Sosial 13:47 19 oktyabr 2020

Son xəbərlər