Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
Sosial 81

Azərbaycanda fevralın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - YENİLƏNİB

Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Bu barədə Ekologiya və T...

9023 Sosial 14:40 13 yanvar 2022

Son xəbərlər