Sabahın hava proqnozu
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Martın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Tibbi-meteoroloji proqnoz
Martın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Oxşar xəbərlər
İstirahət günlərində gözlənilən hava proqnozu
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən m...