Sabahdan qadağalar başlayır: Kimlərə güzəşt olacaq? (RƏSMİ)
May ayının 5-dən etibarən bu zolaqdan yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək.
Bu sözləri BAKU.WS-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
Onun sözlətrinə görə, başqa kimsə sarı zolağa daxil olarsa, inzibati xəta törətmiş olacaq: "Sarı rəngdə bütöv formada çəkilmiş zolaqlarda hərəkəti qadağan edən yol işarələri qoyulub. Nişanların tələbinə əsasən sarı zolaqda hərəkət edən sürücü 40 manat cərimə olunacaq. Təhlükəsizliyin təmin edilməsi üçün bu zolaqlarda hərəkət yalnız idmançıların və oyunlarda iştirak üçün qeydiyyatdan keçən digər şəxslərin daşınması üçün nəzərdə tutulub. Akreditasiyadan keçən jurnalistlərin sarı zolaqlardan istifadə etməsi üçün isə mütləqdir ki, təşkilat komitəsi ilə razılaşdırılmalı və şəxsi avtomobilə xüsusi birka, tanınma işarəsi vurularaq qeydiyyatdan keçməlidir. Xüsusi birka da qabaq şüşəyə və arxadan kopotun üzərinə yapışdırılmalıdır. Hərəkət edən zaman da Dövlət Yol Polisi əməkdaşları görüb cərimələməyəcək, yəni elektron protokol yazılmayacaq”, - deyə Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirib.
Vaqif Əsədov qeyd edib ki, bəzi yolların kəsişməsinə də polis əməkdaşları ciddi nəzarət edir:
"Mayın 8-də "10-cu zavod dairəsi"ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində metronun "Koroğlu" stansiyasından keçməklə Sabunçu dairəsinə qədər yolun hər iki istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Bu yollarda məhdudiyyət həmin gün günorta saatlarından axşam saatlarına qədər davam edəcək. Sürücülərdən xahiş edirik ki, Hava Limanının hər iki istiqamətində hərəkət edərkən alternativ yollardan istifadə etsinlər. Balaxanı, Zabrat, Maştağa, eləcədə paytaxtın Fəhlə prospektindən və Bakı Beton Hava Linmanı istiqamətləri üzrə də hərəkət edə bilərlər”, - deyə Vaqif Əsədov bildirib.
Gülnarə Eynullaqızı
BAKU.WS
Oxşar xəbərlər
Yol Polisi sarı zolaqlarla əlaqədar sürücülərə xəbərdarlıq edib
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqları (sarı zolaqlar) ilə əlaqədar xəbərdarlıq edib. Bak...