Sabahdan etibarən metronun bu stansiyalarına girişin vaxtı dəyişir

Sabahdan etibarən metronun bu stansiyalarına girişin vaxtı dəyişir
Sosial 2090

Bənövşəyi xəttin stansiyaları 23:30-dan sərnişinlərin girişinə bağlanacaq.

Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılır.

Bununla əlaqədar oktyabrın 13-dən oktyabr 16-na qədər Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər