Metro sərnişinlərinin nəzərinə! - Sentyabrın 6-dan oktyabrın 1-dək...

Metro sərnişinlərinin nəzərinə! - Sentyabrın 6-dan oktyabrın 1-dək...
Sosial 3217

Sentyabrın 6-dan oktyabrın 1-dək Bənövşəyi xəttin stansiyaları girişə saat 23:30-da bağlanacaq.

Bu barədə BAKU.WS-ə Metropolitenin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılır.

Bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər