Sabahdan bal yarmarkası başlayır - 150 ton bal satışa çıxarılacaq
04
okt
2018
15:29
Sabahdan başlayaraq, oktyabrın 28-dək Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.Bu barədə KTN-nin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, sərgi-satış yarmarkasında keyfiyyət məsələlərinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi baxacaq.“2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçiriləcək. Sərgi-satış yarmarkasının açılışı oktyabrın 5-i saat 12.00-da olacaq. Yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub. Bundan 5 ton çərçivə halındadır. Daha çox arı məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub”, - deyə Anar Hüseynov bildirib.Qeyd edək ki, Azərbaycanda 271.682 arı ailəsi var. Hər arı ailəsindən illik məhsuldarlıq orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı 3.000 ton, bal istehlakı 5.000 tondur. Ən çox arı ailəsi Zaqatala (1.7097), Astara (12.429), Qax (9.125), Lerik (8.669) və Balakəndədir (8.581)".BAKU.WS
Oxşar xəbərlər
Qarabağ bu gün Avropa Liqasında həlledici oyuna çıxır
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Şerif"lə qarşılaşacaq. BAKU.WS-in məlumatına görə, təmsilçimiz Bakıda Respublika stadionunda ba...