Sabaha olan hava proqnozu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə dekabrın 14-də havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 65-75 faiz olacaq.
Dekabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 şaxta olacaq.
Oxşar xəbərlər
İstirahət günlərində gözlənilən hava proqnozu
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən m...