Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Sosial 2

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 15 iyunda Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli olacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

15 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən m...

15 Sosial 17:57 13 mart 2020

Son xəbərlər