Sabaha olan hava proqnozu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
10 iyunda gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 31-36, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.
İyunun 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxşar xəbərlər
İstirahət günlərində gözlənilən hava proqnozu
Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.W...