Sabah yaman isti olacaq

Sabah yaman isti olacaq
Sosial 1069
 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 2-də səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir Ekologiya və Təbii Sər...

3 Şou-biznes 12:29 31 iyul 2016

Son xəbərlər