Sabah uşaqlar bu yolla məktəbə gedəcəklər - VİDEO

Sabah uşaqlar bu yolla məktəbə gedəcəklər - VİDEO
Video
Sosial 13

Bakının Qaradağ rayonunun Qobustan qəbəsində acınacaqlı vəziyyət hökm sürür.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Qəsəbənin Səbail bağ evləri adlanan ərazisindəki yollar sakinləri təngə gətirib.

Belə ki, acınacaqlı və bərbad vəziyyətdə olan yollardan nə piyadalar, nə də nəqliyyat vasitələri istifadə edə bilir.

Yağışlı havada palçıq gölünə çevrilən bu yolla sabah uşaqlar məktəbə getmək üçün istifadə edəcəklər.

Sakinlər palçıqlı yolla yalnız uzunboğaz çəkmə ilə hərəkət etməyin mümkün olduğunu deyirlər.

Görüntüləri olduğu kimi təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər