Bu yolla sakinlər necə gəlib-getsin? - Sabunçuda acınacaqlı MƏNZƏRƏ - FOTO

Bu yolla sakinlər necə gəlib-getsin? - Sabunçuda acınacaqlı MƏNZƏRƏ - FOTO
Foto
Sosial 128

Bakıda qəsəbələrin birində yolların bərbad vəziyyətdə olması sakinləri təngə gətirib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Sakinlər Sabunçu rayonunda yerləşən Sovxoz Ramanı adlanan ərazidə hərəkətin mümkünsüz olduğunu bildiriblər.

Hər gün işə, məktəbə və digər yerlərə gedib-gələrkən palçıqlı yolla hərəkət etmək məcburiyyətində qalan sakinlər çarəsiz vəziyyətdə qalıblar.

Onların sözlərinə görə, 1 ay əvvəl yolda nisbətən asfalt örtüyü olsa da, "Azərsu" ASC-nin əməkdaşları su xəttinin çəkilişi üçün qazıntı işləri aparıblar. Bundan sonra bərbad vəziyyətdə olanın yolun durumu daha da pisləşib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər