Sabah ölkədə küləkli hava müşahidə ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında iyulun 14-də hava şəraiti yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq.
Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq.
Oxşar xəbərlər
İstirahət və bayram günlərinin hava proqnozu
İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...