Sabah metropolitenin iş rejiminə dəyişikliklər ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
BAKU.WS bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar "20 Yanvar", həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
"Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq".
Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında "Nərimanov" elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...