Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq
28
may
2024
19:31
Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Türkoba kəndində daşıyıcı qaz xəttində aşkar olunan yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəi olmaqla ümumilikdə 2 000-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Oxşar xəbərlər
Sabah bəzi ərazilərində qaz kəsiləcək
Sabah Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz kəsiləcək. "Report"un Muğan bürosunun məlumatına görə, Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı” y...