Sabah hava yağmursuz olacaq - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat v erilib.
Bildirilb ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 18-22, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Bu şəhərdə poçt xidməti üçün nəqliyyat vasitələri alınacaq - 552 min AZN
"Naxçıvanpoçt" MMC üçün elektrikli yük avtomobili, moped və skuterlər alınacaq. BAKU.WS-in məlumatına görə, mumi dəyəri 552.466,57 AZN olan 7 ədəd elektrikli yü...