Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Sosial 10

Fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4 dərəcə isti, gündüz 9-13 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Fevralın 28-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-13 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yanvarın hava proqnozu açıqlandı

Yanvarın hava proqnozu açıqlandı

Yanvar ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən mə...

1548 Sosial 10:51 30 dekabr 2020

Son xəbərlər