Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ

Sentyabrın 29-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 10-15° isti olacaq.
Oxşar xəbərlər
Bir kənddən 39 yaralı çıxarmış şəhidin anası: "Dedi ki, ölüm də olsa, mən getməliyəm"
Vətən müharibəsi şəhidi Qəzənfər Mütəllimovun qəhrəmanlığı barədə anası Minəxanım Mütəllimova Baku TV-yə danışıb. "Müharibə dayanandan bir neçə gün sonra zəng g...
