Sabah çox isti olacaq

Sabah çox isti olacaq
Sosial 11
 

Aprelin 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim-şimal qərb küləyi əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Aprelin 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və T...

13 Şou-biznes 13:15 15 aprel 2016

Son xəbərlər