Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
Şou-biznes 982

 

Aprelin 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, lakin axşam və gecə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-aryrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Bu gün 15 dərəcə isti olacaq

Bu gün 15 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər...

1255 Şou-biznes 09:15 14 yanvar 2016

Son xəbərlər