Sabah bir yağış yağacaq ki...

Sabah bir yağış yağacaq ki...
Sosial 2
 

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 11-də Bakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Lakin axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-17, Bakıda gecə 7-9 , gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759-a civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20 , dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayramın hava proqnozu

Bayramın hava proqnozu

Bayram günlərində Azərbaycanda hava yağıntılı keçəcək, bəzi yerlərdə isə qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata gör...

1034 Şou-biznes 09:12 20 mart 2016

Son xəbərlər