Sabah Bakının bir sıra yolları bağlanır – ÜNVANLAR
04
may
2019
11:58
Sabah, mayın 5-də “Küləyə qalib gəl” şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən “Bakı Marafonu-2019” keçiriləcək.Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında deyib ki, marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə mayın 5-də saat 10:00-dan 15:00-dək Dövlət Bayraq Meydanından başlayaraq,Dənizkənarı bulvar boyu, Milli park ərazisi ilə Azadlıq meydanı – Dəniz vağzalının yanı – Neftçilər prospekti – Ağ şəhər bulvar yolu ilə dairədən geriyə yürüş keçirməklə, Yusif Səfərov küçəsi – 10-cu zavod dairəsi – tunel – Ə.Qədirbəyov küçəsi - Heydər Əliyev Mərkəzi və əlavə yolla hərəkətin əks istiqamətində olaraq,Koroğlu metrosu istiqamətində - Asan Xidmət inzibati binası yanından sola - Böyük şor karxanası küçəsi - Xəlilrza Ulutürk küçəsi – tenel vasitəsi ilə Olimpiya Stadionu istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.Qeyd edilən ünvanlar üzrə hərəkət edən avtomobil sahibləri və sürücülərdən, tədbiri nəzərə alaraq, şəxsi avtomobillərdən az istifadə etmələri, alternativ yollarla hərəkət etmələri tövsiyə edilir.
Oxşar xəbərlər
15 sentyabrda Bakıda bu yollar bağlanacaq
15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Par...