Sabah Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək. AAF-dan verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.
Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, yürüşdə iştirakçılar və tamaçılar arasında müsabiqələr keçiriləcək və qaliblər Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən mükafatlandırılacaq. İştirakçılar və tamaşaçılar arasında qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə müəyyənləşəcək.
Qeyd edək ki, öncədən qeydiyyatdan keçən avtomobil və sahibləri 29 may tarixində saat 13:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...