Sabah Bakıda 2 dərəcə isti olacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında yanvarın 28-də bəzi yerlərdə fasilələrlə havanın yağıntılı olacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Oxşar xəbərlər
Azad olunan ərazilərdə işlə təmin olunan şəxslərin sayı açıqlanıb
Azad edilmiş ərazilərdə 8 mindən çox şəxs işlə təmin olunub. BAKU.WS xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) sədri Hasil Abbasov ötən ilin yeku...