Sabah Bakıda 18, rayonlarda 21 dərəcə isti olacaq

Sabah Bakıda 18, rayonlarda 21 dərəcə isti olacaq
Sosial 2

Aprelin 9-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Aprel ayının hava proqnozu AÇIQLANDI

Aprel ayının hava proqnozu AÇIQLANDI

Aprel ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verili...

12 Sosial 11:36 31 mart 2024

Son xəbərlər