Sabah 37 dərəcə isti olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.
BAKU.WS xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26°, gündüz 33-38°, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26°, gündüz 35-39°, bəzi yerlərdə 41°, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacaq.
Oxşar xəbərlər
İyul ayında Bakıda havanın temperaturu 41°yə çatacaq
Azərbaycanda iyul ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyul ayında havanın orta aylıq tempe...