Sabah 36° isti olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, Bakıda gecə 17-19° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 31-36° isti, dağlarda gecə 2-7° isti, gündüz 17-22° isti olacaq.
Oxşar xəbərlər
İstirahət və bayram günlərinin hava proqnozu
İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...