Sabah 24° isti olacaq - PROQNOZ

Sabah 24° isti olacaq - PROQNOZ
Sosial 51

Mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bi...

38 Sosial 18:18 08 aprel 2024

Son xəbərlər