Sabah 20 dərəcə isti olacaq

Sabah 20 dərəcə isti olacaq
Sosial 116

Martın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək olacaq - 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu

Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ekologiya...

11 Sosial 17:30 28 fevral 2020

Son xəbərlər