Saatlardır qaz kartlarına pul vurmaq olmur - RƏSMİ AÇIQLAMA
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra "Azəriqaz" İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, istifadəçilər 20 saatdan artıqdır smart kartlara ödəniş edərkən problemlə üzləşdiklərini deyirlər.
Vurğulanır ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur. "Azəriqaz" məsələnin terminallarla bağlı olduğunu qeyd edir.
Vətəndaşlar terminallarla əlaqə saxlasalar da, onlar öz sistemlərində problem olmadığını, məsələnin "Azəriqaz"dan qaynaqlandığını bildirirlər.
Xatırladaq ki, 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 12,5 qəpik; 1200 kub metrdən 2500 kubmetrədək olan hissə üçün 22 qəpik; 2500 kubmetrdən çox olan hissə üçün 30 qəpikdir.
"MPay" MMC məsələ ilə bağlı açıqlama yayıb:
"Hazırda "Azəriqaz" xidmətində, xüsusilə "Zenner" ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur. Problem ümumi "Azəriqaz" sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.
Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz".
Oxşar xəbərlər
2026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq?
Bir ildən çoxdur rekord həddə çatan qızılın qiyməti ilə bağlı proqnozlar açıqlanıb. İqtisadçılar qiymətin artacağını bildirirlər. BAKU.WS "Xəzər TV"yə istinadl...