İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla tələbə adını qazanması barədə məlumatlar yayılıb.
Onun orta məktəbi qızıl medalla bitirdiyi, universitet və ixtisas seçimini imtahansız edərək ali məktəbə qəbul olunduğu bildirilir.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, AMEA-nın Mətbuat xidməti yayılan məlumatın əsassız olduğunu açıqlayıb:
“Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla ali məktəb tələbəsi olması və ali məktəbə imtahansız qəbul edilməsi haqqında yayılan və tirajlanmaqda davam edən məlumatların hər ikisi yalandır.
Həbibbəyli İsa Səhət oğlu hazırda orta məktəbin onuncu sinif şagirdi kimi təhsilini davam etdirir”.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...