AQTA: "Oryolprodukt"un mal əti konservləri Azərbaycana idxal olunmayıb

AQTA: Oryolproduktun mal əti konservləri Azərbaycana idxal olunmayıb
Foto Açıqlama
Sosial 464

Bildiririk ki, Rusiyanın "Oryolprodukt" ASC-nin mediada qeyd olunan istehsal tarixli mal əti konservi məhsul partiyası ölkəmizə idxal olunmayıb.

Bu barədə BAKU.WS Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edək ki, ötən gün Rusiyada fəaliyyət göstərən "Qlavprodukt" şirkətinin Azərbaycana göndərdiyi mal əti konsrvlərində donuz əti DNT-si aşkar edildiyi ilə bağlı xəbər yayılmışdı.

***15:19

Rusiyada fəaliyyət göstərən "Qlavprodukt" şirkətinin Azərbaycana göndərdiyi mal əti konsrvlərində donuz əti DNT-si aşkar edilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "All Exclusive" "Telegram" kanalına istinadən "İnsayder" nəşri məlumat yayıb.

Məlumata görə, şirkətin halal adı altında bişmiş mal əti konservləri Rusiya Silahlı Qüvvələrinə və Azərbaycan da daxil olmaqla bir neçə müsəlman ölkələrinə göndərilib.

Məhsulun genetik analizinin nəticələrindən sonra qanunsuzluqar aşkar olunub.

Xəbərdə bildirilir ki, sözügedən şirkət bu ilin iyulunda keçmiş kənd təsərrüfatı naziri Aleksandr Tkaçeyevə yaxın qurumun nəzarəti altına keçib.

Sentyabr ayında aparılan analizə əsasən, "Family Budget" markalı 500 qramlıq bişmiş ət konservlərində donuz ətinin DNT-si aşkar edilib. Bu "Qlavprodukt"un Oryol vilayətindəki törəmə şirkəti olan "Oryolprodukt" ASC tərəfindən istehsal edilib.

AQTA:

Son xəbərlər