Rusiyadakı Azərbaycan vətəndaşları gələn həftə təxliyə olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya-Azərbaycan sərhədində bizim vətəndaşlarımızın toplaşdığı barədə məlumatlar var. Bəli, bununla bağlı hər iki dövlət tərəfindən müvafiq iş aparılır”.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Qeyd olunduğu kimi mayın 19-da artıq ölkəmizə 120 nəfər keçirilib. Növbəti həftədə xüsusi reys vasitəsilə həmin vətəndaşların ölkəmizə təxliyəsi gözlənilir. Həmin şəxslər “Evə gedirəm” protalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bu həm də onların təhlükəsizliyi üçün yaxşıdır”, - İ.Məmmədov deyib.
Oxşar xəbərlər
Aprelin 20-dən Rusiya-Azərbaycan sərhədini 548 nəfər keçib
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi müddətind...