Rusiyada miqrantlara hökumət tərəfindən pul ayrıla bilər

Rusiyada miqrantlara hökumət tərəfindən pul ayrıla bilər
Sosial 99

Rusiyanın Strateji Təşəbbüslər Agentliyinin baş direktoru Svetlana Çupşeva baş nazir Mixail Mişustinə əmək bazarı və məşğulluq sahəsində koronavirus kontekstində təklif olunan dəstək tədbirləri ilə bağlı məktub göndərib.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məktubda qeyd olunub ki, ölkədə olan miqrantları Rusiya Federasiyasının vətəndaşları ilə işsizlik müavinəti almaq üçün eyniləşdirmək lazımdır.

"Miqrantların işsizlik müavinəti (və bir sıra digər müavinət və ödənişlər) və məşğulluq dəstəyindən yararlanması üçün Rusiya Federasiyasının vətəndaşları ilə bərabərləşdirmək təklif olunur", - deyə sənəddə qeyd olunur.

Oxşar tədbir Portuqaliyada da tətbiq edilib. Belə ki, koronavirusa qarşı mübarizə zamanı 580 min miqranta ölkə vətəndaşları ilə eyni mövqe göstərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər