Rusiyada koronavirus peyvəndi 2500 nəfərə vuruldu

23
sen
2020
11:38
Rusiya tərəfindən koronavirusa qarşı hazırlanan və rəsmi olaraq təsdiq edilən ilk peyvənd olan “Sputnik V” ölkənin bütün bölgələrinə çatdırılıb.
BAKU.WS DHA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Qamaleya Epidemiologiya və Mikrobiologiya Milli Araşdırma Mərkəzindən açıqlama verilib.
Bildirilib ki, artıq paytaxt Moskvada 2500 nəfərə peyvənd vurulub. İlkin açıqlamalara görə, peyvənd vurulan şəxslərdə ciddi əks-təsir müşahidə edilməyib.
2500 nəfərdən sadəcə 15 faizində temperatur 38 dərəcə, peyvənd vurulduğu yerdə qızartı və baş ağrısı olub.
Oxşar xəbərlər
Alimlər ölümcül infeksiyanın 6 formasını tapdı
London Kral Kollecinin alimləri koronavirusun yaratdığı xəstəliyin altı əsas formasının olduğunu bəyan ediblər. BAKU.WS “Report”a istinadla xəbər verir ki, hər...