Rusiya Kəlbəcərdə azərbaycanlı jurnalistlərin ölümünə münasibət bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya Kəlbəcər rayonunda baş vermiş faciəyə ən birinci münasibət bildirənlərdəndir".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova həftəlik brifinq zamanı bildirib.
“Rusiyanın Bakıdakı səfirliyi mina partlaması nəticəsində həlak olmuş jurnalistlərin doğmalarına, yaxınlarına başsağlığı verib. Biz Bakı ilə, Yerevan ilə mütəmadi təmasdayıq. Tərəfləri minalardan təmizləmə məsələsini yoluna qoymağa, o cümlədən minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq. Bu işlərin sürətləndiriləcəyinə ümidvarıq. Bütün humanitar məsələlərin Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli birgə bəyanatlarına tam uyğun şəkildə həll olunmasına tərəfdarıq” – deyə Rusiya rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi təsdiq edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. BAKU.WS xəbər verir ki, f...