Rusiya ilə Azərbaycan arasında yeni aviareyslər açılacaq

Rusiya ilə Azərbaycan arasında yeni aviareyslər açılacaq
Sosial 466

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Azur Air" aviaşirkətinə iki şəhərdən Azərbaycana uçuşlar keçirməyə icazə verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, yeni icazə əsasında aviaşirkət Moskva və Sankt-Peterburqdan Qəbələyə reyslər təşkil edəcək.

Hər iki istiqamət üzrə reyslər həftənin hər günü baş tutacaq.

Reyslərin tarixləri hələlik açıqlanmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər