İri ticarət mərkəzləri və "mall"lar bu tarixdə açıla bilər - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda vaksinasiya prosesinə start verilib. Həm rəsmi, həm də digər şəxslərə vaksin vurulmasına başlanılıb.
BAKU.WS xəbər verir ki, karantin şərtlərinin növbəti mərhələdə yumşaldılması zamanı iri ticarət mərkəzlərinə qoyulan qadağanın aradan götürülməsi istisna deyil.
Bütün bunları nəzərə alaraq ölkədə iri ticarət mərkəzlərinin, "Sədərək", "Binə" ticarət mərkəzləri və "Mall"ların fəaliyyətinin nə vaxt bərpa edilməsi düzgün olardı? Növbəti həftələrdə buna gedilməsi epidemioloji cəhətdən doğrudurmu?
Tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirib ki, karantin davranışları və qaydalarının həll edilməsinə situasiyadan asılı olaraq qərar verilir: "Yəqin ki, mərhələli şəkildə yumşaldılma olacaq və sosial həyatın ayrı-ayrı sahələri yumşaldılacaq.
İri ticarət müəssisələri və "mall"lar, yəqin ki, açılacaq. Bu, mərhələli şəkildə olacaq və fevral ayında baş verə bilər. Əgər üçüncü dalğa olmazsa, artım dinamikası müşahidə edilməzsə, vəziyyət bu cür davam edərsə, iri ticarət müəssisələri və "mall"ların açılması fevral ayında mümkün olacaq".
Qeyd edək ki, "Binə" və "Sədərək" ticarət mərkəzləri əhali üçün böyük əhəmiyyət kəsb edir. Çünki istər xırda, istərsə də orta və iri sahibkarlar bu mərkəzlərlə alış-veriş edirlər. Lakin burada əsas məsələ şərtlərə əməl olunmasıdır. Koronavirusa yoluxmamaq üçün vacib olan dezinfeksiya və qoruyucu vasitələrə riayət olunmalıdır.
Ticarət mərkəzlərində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair GÖSTƏRİŞLƏR
- Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;
- Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;
- Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbipersonalı müvafiq təlim keçməlidir;
- Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olanvətəndaşların məsafədən termometriyası aparılmalıdır;
- Hərarəti yüksək olan və infeksiya simptomları olan şəxslər tibb məntəqəsindəizolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurətyarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisəsinəgöndərilməlidir;
- Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydalarımüvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...