Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzi avqustun 9-da rezidenturaya qəbul imtahanının 2‑ci mərhələsini keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata görə, bu imtahan ilk dəfə olaraq elektron formada Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhəri 4 saylı orta məktəbdə təşkil olunub. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirakı gözlənilən 996 namizəddən beş nəfər imtahana gəlməyib. Namizədlərdən 827 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 12-dən 16-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları "Rezidentura" jurnalının 3-cü nömrəsində dərc olunmuş "Rezidenturaya qəbul aparılan ixtisaslar" bölümündən seçib təsdiq etməlidirlər.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11-12 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə DİM-in əsas inzibati binasına (Bakı, ak.H.Əliyev, 299) və ya regional bölmələrinəyaxınlaşıb ərizə yaza bilərlər.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...