Rəsmi Moskva: BRİCS-ə üzvlük məsələsində Bakıya yardım göstərməyə hazırıq
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva BRİCS-ə qoşulmaq məsələsində Bakıya müttəfiq kimi hər cür köməyi göstərməyə hazırdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə "Report"un sualını cavablandırarkən deyib.
"Biz hər bir ölkənin suveren istəyinə hörmətlə yanaşırıq. Azərbaycanın BRİCS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyi var", - o bildirib.
O xatırladıb ki, hazırda 30-dan çox dövlət BRICS ilə sistemli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
"Moskva bu məsələdə müttəfiq kimi Bakıya hər cür kömək göstərməyə hazırdır. BRICS-in qapıları açıqdır", - M.Zaxarova vurğulayıb.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...