Rəşad Mahmudov: “Koronavirus peyvəndinə qarşı olan mif qırıldı” - VİDEO

Rəşad Mahmudov: “Koronavirus peyvəndinə qarşı olan mif qırıldı” - VİDEO
Video
Sosial 461

Bir ildir həyatımıza girən koronavirus bəlasına qarşı artıq ölkəmizdə peyvəndləmə prosesi mərhələli şəkildə həyata keçirilir. Tibb işçilərinin, 65 yaşdan yuxarı şəxslərin və polis işçilərinin peyvəndlənməsindən sonra bu gündən 50 yaşdan yuxarı şəxslərin və hərbçilərin vaksinasiyası başlanılır. Artıq insanlar vaksinin yan təsirlərindən qorxmurlar və yan təsirlər aşkar olunmadığı üçün vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.

BAKU.WS xəbər verir ki, ATV-nin “AKTUAL” proqramında məsələ geniş müzakirə olunub. Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, artıq COVID-19 peyvəndinə qarşı olan mif qırıldı: “Çünki ölkədə 70-80 min insana vurulan peyvəndin yan təsiri olmayıb, vaksin vurulan insanlarda ciddi bir problem yaradan hadisə qeydə alınmadı. Artıq hamımız psixoloji olaraq rahatladıq”.

“Bu gün vaksinasiya ilə bağlı dünyadakı ajiotajla birlikdə bizdə də qabardılmış bir şəkildə anti-təbliğat gedir. Ona görə, hökumətlər məcburdurlar ki, həm qeydiyyat sisteminin düzənli şəkildə aparılması, həm də qorxu və təşvişin qabağını almaq üçün xəstxanalarda önləmlər alsınlar”, - deyə deputat əlavə edib.

R.Mahmudov qeyd edib ki, vaksin vurulan insanlarda baş ağrısı, qızdırma, halsızlıq olarsa, heç bir narahatlıq yoxdur: “Bu, vaksinin yan təsiri deyil, vaksinin təsiridir. Necə ki, qrip virusu bədənimizə girdiyi zaman asimptomatik, bəzilərində simptomatik, bəzilərində ölümcül seyr edir. Vaksin də vurulduğu zaman insandan insana təsiri fərqli olur. Bu hisslərin keçirilməsi mənfi bir göstərici deyil. Bu, tam tərsinə bədəndə vaksinin faydalılığını göstərən bir əlamətdir”.

R.Mahmudov koronavirusun Brirtaniyada aşkarlanan yeni stammı ilə bağlı söyləyib ki, bu, eyni nəslin bir növü olduğuna görə böyük ehtimalla bizim istifadə etdiyimiz vaksin həmin stamma qarşı da təsir edəcək: “Məncə, olmayan bir hadisənin stresini çəkmək yerinə, əlimizdə var olan qoruyucu vasitələrdən doğru bir şəkildə istifadə edək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər