Rəhman Hümmətov: "Bakıda tramvayın effektiv olacağı ərazilər müəyyən edilib"
Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
"Tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır. Təhlillər aparmışıq və paytaxtda tamvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir.
Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər əhəmiyyətli ola bilər.
"Seebreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Yeni vəzifəyə təyin edilən Samir Şərifovdan İLK AÇIQLAMA
Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək baş nazirin müavini təyin edil...