Rəhman Hümmətov: "Bakıda avtobus marşrutları optimallaşdırılacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtobus marşrutlarının optimallaşdırılması üzərində iş gedir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Bu iş yekunlaşmaq üzrədir. Əsas məqsəd vətəndaşlara daha yaxşı xidmət göstərməkdir. Həmçinin daşıyıcıların avtobus parkının yeniləməsi üçün də iş aparılır. Sərnişinlərə daha keyfiyyətli xidmət göstərmək üçün yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Biz bu il Bakı-Sumqayıt yolunda avtobus zolağı təşkil etdik.
Bu isə həmin istiqamətdə 1 800-dən çox avtobusun rahat hərəkət etməsinə, sərnişinlərin yollarda 20 dəqiqədən çox vaxt itirməsinin qarşısını almağa imkan verib. Hesab edirəm ki, hazırda Bakı şəhərində avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...