Regionlarda və Bakıda koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq
05
mar
2020
15:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Baş İnfeksionist Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanacaq:
"Xəstəlik aşkar olunan şəxslər olarsa, onlar bu mərkəzlərdə karantinə alınıb müalicə ediləcəklər. Ümumiyyətlə, xəstəliyin kliniki əlamətləri kimdəsə aşkarlansa, onlar istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etməlidirlər".
Oxşar xəbərlər
Baş infeksionist: "Adi qrip koronavirusdan daha təhlükəlidir"
"Koronavirus adi bir respirator virus infeksiyasının növüdür. Bu, gələcək illərdə, çox güman ki, mövsümi bir xəstəlik kimi gözlədiyimiz xəstəliklərdən biri olac...