Regionlar üzrə avtobuslarda hərəkət edəcək sərnişinlərdən COVİD pasportu tələb edilməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Regionlar üzrə avtobuslarda hərəkət edəcək sərnişinlərdən COVİD pasportu tələb edilməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, sərnişinlərdən yalnız avtovağzal stansiyalarına uyğun girişi zamanı onların hərarətləri yoxlanılacaq:
“Hər hansı sərnişində narahatlıq yarandığı zaman, yaxud hərarətləri yüksək olduğu təqdirdə onlar avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcəklər".
N.Allahyarova qeyd edib ki, sərnişinləri daşıyacaq sürücülərin 70 faizi artıq vakansiyadan keçib. İyun ayının ortalarından isə onlayn bilet satışı həyata keçiriləcək.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...